Əliyev - Paşinyan görüşündən nə gözləyək? - “5-10 günə...”

saytların hazırlanması

Evə çatdırılma

Əliyev - Paşinyan görüşündən nə gözləyək? - “5-10 günə...”

Siyasət

08 May 2023 12:00 3083


“Moldovada keçiriləcək sammitdə hər hansı bir sazişin imzalanması ilə bağlı verilən bəyanat Baş nazir Nikol Paşinyan tərəfindən açıqlandığına görə, bundan sonra nəyin olub-olmayacağını dəqiq bilmək mümkün deyil”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.

Analitik mayın 14-də keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü ilə yanaşı iyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi Birliyinin ikinci iclasında “Münasibətlərin Tənzimlənməsi Sazişi”nin imzalanma ehtimallarından söz açıb.  pizza mizza

Politoloqun fikrincə, o məsələlər ki müzakirəyə çıxarılır, orada hər 2 ölkənin nümayəndəsi fikirlərini bölüşür:

“Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev deyirdi ki, biz Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quracağıq. Deməli, bunun gec-tezi var və imkan daxilində bu qurulacaq idi və oldu. Paşinyan isə gah deyirdi ki, biz Qarabağı Ermənistana birləşdirəcəyik, gah deyirdi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyacağıq və Qarabağ məsələsindən əl çəkəcəyik və s. Amma bunun dedikləri rus demiş, “vozdux”dur. Ermənilər bizimkilər ilə danışıqlarda bir söz deyir, Avropa turnesinə çıxanda isə başqa sözlər danışıb, tələblər irəli sürürlər”. 

Mütəxəssis hesab edir ki, yaxın vaxtlarla onlarla nəyisə imzalaya bilməyəcəyik:

“Mən bundan qabaq Ermənistanın yeni hakimiyyətinə ümid bəsləyirdim ki, Paşinyana kimlərsə mane olur və o, gec-tez bunu imzalayacaq. İndi isə məndə elə bir təsəvvür yaranıb ki, Paşinyan, ümumiyyətlə, ölkədə vəziyyəti idarə edə bilmir. Adam öz canının və var-dövlətinin qorxusundan ondan nə tələb edilirsə, onu da icra edir. Ona görə də sərbəst danışmağa imkanı olanda bir söz deyir, amma gəlib o mühitə düşəndən, eləcə də yanındakı əshabələr və ona təsir göstərən qüvvələr olandan sonra başqa söz deyir”. 

N. Şəfiyev düşünür ki, Ermənistanın indiki hakimiyyəti həmin sazişi imzalamaq yalnız bir halda mümkün olacaq ki, onlara diz çökdürmək lazım gələcək:

“Qəribəsi budur ki, hələ də dünya liderləri bunu başa düşmürlər. Doğrudur, Arlinqton görüşləri oldu, lakin burada dəqiq heç nə deyilmədi. ABŞ-ın dövlət katibi Entoni Blinken də bununla bağlı söylədi ki, bir neçə əsas məsələ qalıb, amma bir qayda olaraq əsas problemlər məhz o məsələlərin dəqiqləşdirilməsində üzə çıxır. Deməli, ermənilərlə əsas problemlərin müzakirəsi hələ qabaqdadır. Bu da ona imkan vermir ki, 5-10 günə məsələ həll olunsun”. 

“Məsələnin digər isə budur ki, ATƏT-in  Minsk qrupuna daxil olan ölkələr var idi ki, onların hər biri  münaqişənin sülh yolu ilə həllini istəmirdilər. Əvəzində isə biz bunu hərbi yolla həll edib axırıncı mərhələyə çatdırdıq. Lakin bu mərhələdə belə bizə imkan vermirlər ki, biz bunu həll edək. Çünki Qafqazda yenə də böyük dövlətlərin hərəsinin öz marağı var. Onların da arasında yekdil fikir olmadığına görə, biri irəliləyiş əldə edəndə digəri ona maneə yaradır. Ona görə də mən inanmıram ki, biz yaxın vaxtlarda, eləcə də iyunun 1-də sülh müqaviləsini imzalayacağıq”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!