Əliyev Putinə “Ərdoğana salamımı çatdır” deyibmi? - Açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Əliyev Putinə “Ərdoğana salamımı çatdır” deyibmi? - Açıqlama 

Siyasət

20 İyul 2022 18:38 2938


Cənab Putinlə görüşdə mənə “Sizə İlham Əliyevin salamını gətirdim” dedi.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“Putin Azərbaycan prezidenti ilə danışığı zamanı “Ərdoğanla da görüşəcəm” deyəndə, Əliyev “Mənim də salamımı çatdır” deyib. Bölgədəki proseslərlə bağlı İlham bəylə mən də danışmışam. Putin bildirdi ki, İlham Əliyev müsbət addımlar atır. Bilirsiniz ki, Avropa Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri üçtərəfli formatda görüş keçiriblər. O görüş də yenə İlham Əliyevin təşəbbüsü ilə müsbət keçib. Həmin görüşdən sonra biz də İlham Əliyevlə yenidən danışdıq. Aldığım məlumata görə, istiqamət üzərində irəliləyirik və inşallah, tezliklə həmin bölgəni əhatə edəcək hava limanı da açılacaq”, - Türkiyə lideri bildirib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!