Bu gün Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Yeni Sabah” xəbər verir ki, İlham Əliyev və Vladimir Putin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə martın 29-da Vyanada Azərbaycan prezidenti və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş ilk rəsmi görüşün nəticələri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.
Prezidentlər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin fəallaşdırılmasının əhəmiyyətini vurğulayıblar. Sezar pizza
Söhbət zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlığın müxtəlif sahələrdə bundan sonra da müvəffəqiyyətlə inkişafına əminlik ifadə olunub.
Telegram kanalımız