Əliyev “qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq” mesajını kimə verdi?   - Bölgədə iki ölkə var

saytların hazırlanması

Evə çatdırılma

Əliyev “qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq” mesajını kimə verdi? - Bölgədə iki ölkə var

Siyasət

18 Oktyabr 2021 21:25 4308


Əliyevin Füzuliyə səfərində çıxışının bir hissəsi xüsusilə diqqət çəkdi: müstəqilliyimiz üçün qeyri-bərabər müharibəyə hazırıq.

- Müharibədən sonra da Azərbaycanı hədələyənlər var;

- Azərbaycan müstəqilliyi uğrunda qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə və ölümə getməyə də hazırdır; pizza hut

Əsas motiv bu iki punktdur və Əliyevin burada siyasi rotirikaya baş vurduğu ehtimalı çox azdır, xüsusilə regional proseslər fonunda.

Bölgədə Azərbaycanın müstəqilliyini təhdid edə biləcək və güc balansına görə qeyri-bərabər olduğumuz iki ölkə var: Rusiya və İran;

Rusiya Qarabağda – Azərbaycan sərhədləri daxilində hərbi qüvvəyə malikdir və anlaşmaya görə 2025-ci ilə qədər qalacaq da. Rusların Qarabağda daha uzunmüddətli qalmaq istəkləri fonunda Əliyevin mesajının ünvanından biri Moskvadır: lakin bölgədə Türkiyə-Rusiya tandemini və 2025-ci ildə rusların çıxarılma perspektivini nəzərə alsaq, birinci ünvanın ruslar olmadığını deyə bilərik; perspektiv imkanlar və diplomatik yollar tükənmədiyi halda Bakının indidən Moskvanı hədəfə alacağı ehtimalı daha azdır;

Cənubdan gələn təhdidlər əsas ünvanın Tehran olduğunu göstərir: İranın dini-siyasi-hərbi rəhbərliyinin leksiokunu kifayət qədər açıq və aqressivdir.

Lakin Prezidentin bunu açıq şəkildə dilə gətirməsi iki mümkün versiyanı önə çıxarır:

Birincisi, Tehran Bakını kulis danışıqlarında diplomatik etiketdən uzaq formada təhdid edib. Ki, mollalar bunu gizlətmidlər də;

İkincisi, Bakı Tehranın alternativ variant kimi müdaxilə planının olduğu haqda məlumatlıdır;

Və mümkün ssenarilərdən xəbərdar olan Əliyev qeyri-bərabər savaşa rəğmən, müstəqilliyimizi güzəştə getməyəcəyimizin mesajını verir.

Asif Nərimanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!