Əliyev və Ərdoğan Texnofestdə bir araya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Əliyev və Ərdoğan Texnofestdə bir araya gəldi

Siyasət

29 Aprel 2023 13:16 831


Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "TEKNOFEST" Aerokosmik və texnologiya festivalında iştirak edirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə türkiyə telekanalları məlumat yayıb.

İstanbulda Ataturk Hava Limanında Türkiyənin Havaçılıq, Kosmos və Texnologiya Festifalı – Texnofest-2023 keçirilir. pizza

Texnofest artıq 6 ildir ki, təşkil olunur və bu il 7-cisi keçirilir.

Festival çərçivəsində komandalar arasında texnologiya sahəsində yarışlar təşkil olunur, sərgilər keçirilir, uçuşlar nümayiş olunur.

Mayın 1-dək keçirilən festivalda Türkiyənin “Kızılelma” pilotsuz döyüş təyyarəsi, “Bayraktar Akıncı”, “Bayraktar TB3”, “Bayraktar TB2” pilotsuz silahlı döyüş aparatları, “Hürjet” təlim təyyarəsi, “Altay” tankı nümayiş olunur.

Texnofest çərçivəsində Azərbaycan stendi qurulub. Stentdə pilotsuz aparatlar, o cümlədən Bakıda 2-6 oktyabr tarixlərində keçiriləcək Aerokosmonavtika Konqresi haqqında məlumat təqdim olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!