Əliyev və Ərdoğandan kritik həmlə - “Blumberq”

saytların hazırlanması

Evə çatdırılma

Əliyev və Ərdoğandan kritik həmlə - “Blumberq”

Siyasət

09 Dekabr 2022 20:50 2503


Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda Türkiyə, Azərbaycan və Türkmənistan prezidentləri səviyyəsində türkmən qazının Avropaya ixracı imkanlarını müzakirə edəcəklər.

Yenisabah.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, prezidentlər Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Sərdar Berdiməhəmmədov arasında danışıqlar dekabrın 14-də Xəzərin Avaza kurortunda (Türkmənistan) baş tutacaq. pizza hut

Danışıqlar zamanı qazın Xəzər dənizi vasitəsilə tankerlərlə Azərbaycana, oradan isə Türkiyəyə və buradan boru kəməri ilə Avropaya nəqlinin mümkünlüyü müzakirə olunacaq.

Məqalədə qeyd edilir ki, Türkiyə öz strateji mövqeyindən istifadə edərək Avropaya əsas qaz tranzit marşrutuna çevrilmək istəyir. Bunun üçün Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ötürmə qabiliyyəti iki dəfə artırılaraq 32 milyard kubmetrə çatdırılması planlaşdırılır.

“Azərbaycan artıq Avropaya qaz ixrac edir, Türkmənistanın böyük resursları isə əsasən istifadə olunmamış qalır. Türkmənistanın qaz ehtiyatları 2020-ci ilin sonunda 13.6 trilyon kubmetr təşkil edib. Bu, Rusiya ehtiyatlarının təxminən üçdə biri qədərdir”, - məqalədə vurğulanır./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!