“Yaydan sonra Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşünün keçirilməsi planlaşdırılır”.
Yenisabah.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.
Twitter mkrobloqu ilə yayımlanan mətbuat konfransında o bildirib ki, tərəflər oktyabrda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İspaniyanın Qranada şəhərində keçiriləcək görüşə paralel olaraq yaydan sonra Brüsseldə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər. Pepperoni pizza
Bundan əlavə, son görüş zamanı iki ölkə liderləri sülh sazişinin əldə edilməsi üçün danışıqların intensivləşdirilməsi, habelə sərhədlərin delimitasiyası və nəqliyyat dəhlizlərinin açılması üzrə işlərin aparılması barədə razılığa gəliblər.
Telegram kanalımız