“Əliyev və Paşinyanın ikili görüşü daha faydalı olardı”   – Qabil Hüseynli

saytların hazırlanması

Evə çatdırılma

“Əliyev və Paşinyanın ikili görüşü daha faydalı olardı” – Qabil Hüseynli

Siyasət

04 Oktyabr 2021 14:18 1110


“Təkbətək, ikili görüş prosesin daha yaxşı getməsinə kömək edər, amma indi belədir ki, ATƏT-in Minsk qrupu bu görüşü təşkil etmək missiyasını öz üzərinə götürüb və hər iki tərəf də buna razılıq verib”.

Bunu Yenisabah.az-açıqlamasında bu sözləri politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, Gürcüstanın vasitəçiliyinin əhəmiyyətliliyi, bütövlükdə hər iki tərəfin proseslərə qatılması və müsbət nəticələr əldə edilməsində, böyük rol oynaya bilər: Dominos pizza

“Onlar ATƏT-in Minsk qrupunu yenidən ortaya atdılar və yenidən həmsədrləri prosesə qoşdular. Azərbaycan Prezidenti də sözünü deyib, yalnız dövlət başçılarının görüşünü təşkil etmək üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyindən qəbul edir. Qalan məsələlərdə də Azərbaycan ATƏT-in Minsk qrupunun bölgədə nə edəcəyi sualını ortaya qoyulub”.

Eskpertin sözlərinə görə, proseslər ümumən bölgədə sülhün yaradılmasına doğru gedir:

“Sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizi, kommunikasiyaların tam açılması və s. məsələlər mövcuddur. Ən başlıcası isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin status tələb etməməsi məsələsidir.

Azərbaycan Prezidenti yenə də bildirib ki, status haqqında heç bir danışıq olmayacaq, bunu yaddan çıxarın. Hər halda Qarabağın statusu haqqında ermənilərlə yanaşı, ATƏT-in Minsk qrupun daxilində olan hər üç dövlət də (ABŞ, Fransa və Rusiya) müəyyən təkliflər irəli sürməyə çalışır, amma hər şey Azərbaycanın ixtiyarındadır və bu məsələ qətiyyən yaxın buraxılmayacaq”.

Qabil Hüseynli hesab edir ki, proseslərdə Rusiya tərəfi təşəbbüsü əldən verməyəcək:

“Rusiyanın bölgədə maraqları və Ermənistan hakimiyyəti üzərində böyük təsiri var. Buna görə də, Ermənistan heç cür Rusiyanın dediyi sözdən kənara çıxa bilməz. Rusiya hələ ki bu məsələdə həlledici rolunu saxlayır. Türkiyə də ATƏT-in Minsk qrupunun üzvüdür, lakin Azərbaycan istəyir ki, həmsədrlərin sırasına Türkiyə də daxil edilsin. Amma bu gerçəkləşməyib. Çünki orada ancaq xristian dövlətlərindən ibarət olan çevrə yaradılıb. Bu çevrə daha çox ermənipərəst bir mövqe tutur”.

Rafi Müslümov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!