“Əliyev və Putin bu məsələləri öz aralarında mütləq danışıblar” - Analitik

saytların hazırlanması

Evə çatdırılma

“Əliyev və Putin bu məsələləri öz aralarında mütləq danışıblar” - Analitik

Siyasət

13 Mart 2023 15:48 1322


“Rusiya Azərbaycan-Ermənistan danışıqlarına – masaya qayıtmaq istəyir. Əslinə qalsa, “Rusiya masada yoxdur” ifadəsi də səhvdir. Çünki hazırda Azərbaycan və Rusiya liderləri arasında yaxşı münasibətlər var və onlar bu məsələləri öz aralarında mütləq danışıblar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında müstəqil siyasətçi, analitik Azər Qasımlı deyib.

Müsahibimiz Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı telefon danışığından, habelə tərəflərin cari il ərzində imzalanması gözlənilən sülh müqaviləsinin müddəaları ilə bağlı apardıqları müzakirələrdən söhbət açıb. pizza

A. Qasımlıya görə, əgər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaqsa, bu, hər 2 ölkənin marağındadır:

“Bundan ən çox zərər görən tərəf də Rusiya olacaq. Ona görə ki, Rusiyanın ənənəvi bir yanaşması var: o, bütün bu konfliktlərdə mütləq moderator olmalı, barışdırmalı və hərəkətliklərə qarantiya verməlidir. Əgər o iştirak etməyəcəksə, bunu özünün bir məğlubiyyəti kimi qəbul edəcək. İndi onlar bunu məğlubiyyət kimi qəbul edirlərsə, biz də eynilə yanaşmalıyıq”.

“Məsələn, Ermənistanda cəmiyyət, yaxud ayrı-ayrı siyasətçilər çıxıb deyə bilərlər ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzaladı, orada Qarabağla bağlı hansısa müddəa olmadı və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıdı. Ona görə də biz bu prosesi uduzduq və s. Amma onlar bir şeyi anlamalıdırlar ki, strateji olaraq heç nə uduzmadılar. Əksinə, bu, onların öz xeyrinədir. Çünki coğrafiya onların əleyhinədir. Bu bölgədə Türkiyə kimi nəhəng bir dövlət var ki, Ermənistanla həmsərhəddir, yaxud Azərbaycan. Hərbi, iqtisadi, siyasi və sosial baxımdan Ermənistandan güclüdür. Ermənistan isə 2 türk dövlətinin arasındadır. Ona görə də ya bunlarla barışıb dostluq edəcəksən, ya da ki, hər zaman konfliktdə olacaqsan. O zaman da sənin müstəqilliyinə və ərazi bütövlüyünə təhdidlər olacaq. Yəni bunları nəzərə alaraq demək olar ki, sülh müqaviləsi daha çox Ermənistanın özünə lazımdır, nəinki Azərbaycana. Qısası, onlar prosesdə maraqlı olmalıdırlar”, – əlavə edib.

“Rusiya isə bunu istəmir. Lakin Paşinyanla Putinin telefon danışığına baxmayaraq, inanmıram ki, Paşinyan son davranışlarını dəyişsin.

Yeri gəlmişkən, Avropa Birliyinin mülki missiyası Azərbaycan-Ermənistan sərhədində yerləşdirilib və bunu KTMT qəbul etmir. Bütün bunlardan sonra Rusiya-Ermənistan münasibətlərinin geri dönüşü yoxdur. Ona görə də Ermənistan sülh müqaviləsini imzalamalıdır. Qorxduğum isə ondan ibarətdir ki, Rusiya Azərbaycanı hansısa bir şəkildə yola gətirə bilər ki, bu sülh müqaviləsi olmasın”, – sonlandırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!