Əliyevdən Fransaya: Sən bunu edə bilməzsən!

saytların hazırlanması

Evə çatdırılma

Əliyevdən Fransaya: Sən bunu edə bilməzsən!

Siyasət

19 Fevral 2023 08:42 1149


Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı söyləyib.

Dövlət başçısı vurğulayıb: Dördpendirli pizza

“Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil. Ola bilsin, yalnız kağız üzərində mövcuddur. 28 il ərzində heç bir nəticə verməmiş Minsk qrupunun sabiq həmsədrlərinin vəziyyətə təsir göstərmək üçün hələ də bəzi vasitələri var. Buna görə də bizim Birləşmiş Ştatlar, Rusiya və indi həm də Avropa Birliyi tərəfindən təşkil edilən platformamız var”.

Prezident İlham Əliyev qeyd edib ki, Fransa hökumətinin birtərəfli ermənipərəst mövqeyi səbəbindən o, artıq orada yoxdur.

“Bu da aydındır, sən vasitəçisənsə, kiminsə tərəfini saxlaya bilməzsən. Siz kiminsə tərəfini saxlamağınızı nümayiş etdirə bilməzsiniz”, - deyə dövlətimizin başçısı qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!