Əliyevin göy çətiri: Paşinyanın günü göy əskiyə büküləcək

saytların hazırlanması

Evə çatdırılma

Əliyevin göy çətiri: Paşinyanın günü göy əskiyə büküləcək

Siyasət

01 Noyabr 2022 09:46 1191


Soçi görüşünün ilkin nəticələri məlumdur. Hələ mürəkkəbi qurumamış bəyanatda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı xüsusi qeyd olunur. 

Məsələni bir az da sadələşdirək: Üçtərəfli bəyanatda Qarabağ haqda heç nə deyilmir. Əksinə, tərəflərin sülh istiqamətində səyləri daha da artıracağı vurğulanır. 

Soçi görüşü Paşinyan üçün qara başladı. Putinin qara çətirinin altına girəndə başa düşməliydi ki, qara günləri hələ qabaqdadır. pizza mizza

Qoca və hiyləgər Putin Alp Aruzu qara çadıra göndərən Bayandur xan kimi davrandı. Amma Paşinyan "aldadıb ər tutmaq"da məşhur olan Alp Aruz qədər cəsarətli ola bilmədi. Alp Aruz Bayandur xanın qara çadırından imtina etsə də, Paşinyanın Putinin qara çətirindən imtina etməyə cəsarəti çatmadı. Bəlkə də düşündü ki, Putinin qara çətirindən imtina etsə, başına bu gün yağış, sabah dolu yağa bilər. Axı payızdan sonra qış gəlir...

Yenisabah.az-ın qənaətonə görə, Putin məqsədinə çatdı. O, Paşinyanı öz çətirinin altına almaqla Qərbə vacib mesaj vermiş oldu. Putin Paşinyandan hələ də ümidini üzməyən Qərb dövlətlərinin başçılarına dedi ki, ondan əlinizi üzün mənlikdir, mənim çətirimin altındadır. Yoxsa ki, Putinin çox vecinədir Paşinyanın başına yağış yağır, yoxsa qar. Çox keçməz ki, Paşinyan belə deyər: "Kaş, həmin gün başıma yağış yox, daş düşəydi..."

Azərbaycan Prezidenti Soçiyə öz çətiri ilə getmişdi. Bu, təkcə Rusiyaya deyil, həm də dünyaya verilən mesajdır. Əliyev demək istəyirdi ki, bizim heç kimin çətinə ehtiyacımız yoxdur.

Çətirin göy olması isə bir neçə məna verir. Göy türkçülük rəmzidir. Türk isə heç vaxt başqasının boyunduruğu altında yaşamayıb.

Azərbaycan dilində populyar bir ifadə var: Gününü göy əskiyə bükmək. "Gününü göy əskiyə bükmək" frazeoloji birləşmədir. Mənası belədir: Düşmənin gününü qara etmək, ona qan uddurmaq, bolluca stress yaşatmaq.

Yəqin Ermənistanda bunu Paşinyana başa salan bir adam tapılar... 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!