“Əliyevin Rusiyanın Ukraynanı işğal etmə cəhdinə münasibəti birmənalıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Əliyevin Rusiyanın Ukraynanı işğal etmə cəhdinə münasibəti birmənalıdır”

Siyasət

19 İyul 2022 09:39 3257


"Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə imzaladığı Memorandum tarixi sənəddir. Bu, bir daha Azərbaycanın nüfuzunun dünyada artdığını sübut edir. Prezident Əliyevin Rusiyanın Ukraynanı işğal etmə cəhdlərinə münasibəti birmənalıdır və hamıya məlumdur.  Avropa Komissiyanın Prezidentinin Ukraynaya münasibəti və Rusiyaya qoyulan sanksiyalarla əlaqədar qətiyyətli mövqeyi də  məlumdur".

“Yeni Sabah” xəbər verir ki, bunu sabiq spiker Rəsul Quliyev deyib. "Memorandum imkan verir ki, Qazaxıstan Tengiz ərazisində çıxardığı qazı maye şəklində Azərbaycana gətirsin və Azərbaycandan boru kəməri ilə Avropaya nəql etdirsin. 

Həmçinin ABŞ və Avropa İrana qoyulmuş sanksiyaları zəiflətsə, İrandan da qaz Azərbaycan vasitəsilə Avropaya göndərilə bilər. Hər halda bu Memorandum tarixi əhəmiyyətli sənəddir",-deyə o vurğulayıb.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!