“Azərbaycan və Ermənistan liderlərinin Münhen Təhlükəsizlik Konfransında görüşünü ehtimal etmək olar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Analitik Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində gözlənilən Əliyev-Paşinyan görüşünün mümkün ehtimallarına, habelə hazırkı situasiyada tərəflərin yenidən danışıqlara gedib-getməyəcəyi məsələsinə münasibət bildirib. Dördpendirli pizza
Müsahibimiz xatırladıb ki, sabah bu konfransın panelində Cənubi Qafqazdakı vəziyyətlə bağlı görüş keçiriləcək:
“Orada Azərbaycan Prezidenti, Gürcüstan Baş naziri və ATƏT-in sədri də olacaq. Lakin Ermənistanın Baş naziri bu görüşə qatılmaqdan imtina etdi. Bu isə o deməkdir ki, Ermənistan tərəfi bu məsələlərlə bağlı müzakirələrə, ümumiyyətlə, hazır deyil”.
Avropa İttifaqının vasitəçilik məsələsinə gəldikdə isə politoloq əlavə edib ki, vasitəçi neytral və tərəfsiz olmasa, onun vasitəçiliyinin effekti olmayacaq:
“Azərbaycan tərəfi 2021-ci ilin dekabrından 1 il ərzində Avropa İttifaqının tərəfsiz vasitəçiliyinə hörmətlə yanaşdı, bunu dəyərləndirdi və hər zaman bunun konstruktiv bir mövqe olduğunu qeyd etdi. Amma keçən ilin oktyabr ayındakı Praqa görüşündən sonra vəziyyət dəyişdi. O vaxtı ciddi irəliləyişlər əldə olundu, lakin sonradan biz gördük ki, Fransanın birbaşa təkidindən sonra Ermənistan və Fransa Avropa İttifaqının səyləri ilə həyata keçən vasitəçilik missiyasına ağır zərbə vurdular və danışıqlar dayandı”.
O. Qasımovun qənaətinə görə, Avropa İttifaqının ondan sonrakı davranışları da Azərbaycan tərəfindən kifayət qədər ciddi suallar yaratdı:
“Bunların başında gələn əsas məsələ isə Ermənistan ərazisinə ikinci dəfə mülki missiya adı ilə jandarm, polis, hərbçi və kəşfiyyatçıların göndərilməsi məsələsi oldu. Azərbaycan tərəfi 2 aylıq müddətində 40 nəfərdən ibarət missiyanın Ermənistana gəlməsinə Praqada etiraz etməmişdi. Amma bu missiyanın müddəti bitəndən sonra Avropa İttifaqı Ermənistanla birlikdə missiyanın müddətinin və say tərkibinin uzadılması ilə bağlı razılığa gəldi və burada Azərbaycanın fikri soruşulmadı. Bu da Avropa İttifaqının tərəfsizliyini şübhə altına aldı. O baxımdan, Avropa İttifaqı belə bir təşəbbüs edəndə özünün mövqelərində müəyyən korrektələr edib, açıqlamalar verməlidir. Ona görə də belə bir görüşün olacağına ümid xeyli aşağıdır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız