“Əliyevlə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub“   - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Əliyevlə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub“ - Paşinyan

Siyasət

16 Dekabr 2021 12:01 2310


“Mən Azərbaycanla sazişin əhəmiyyətini çox qiymətləndirmək istəmirəm. Amma digər tərəfdən də qiymətləndirməmək olmaz. Bu, mühüm sazişdir və ümid edirəm ki, biz onu dəqiqliklə həyata keçirəcəyik. Bu, vacib layihədir regiondakı iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən bildirib.

O bildirib ki, yaxın gələcəkdə diqqəti bu problemin həllinə yönəltmək lazımdır. Paşinyan xatırladıb ki, Əliyevlə həmçinin ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub. Sezar pizza

Onun sözlərinə görə, tərəflər ümumi yanaşma və baxış nöqtələrini formalaşdırmağa, eyni zamanda fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar.

Nikol Paşinyan deyib ki, Türkiyə ilə sərhədlər və kommunikasiyaların açılması razılığı əldə olunduğu təqdirdə Gümrü-Qars dəmir yolunun işə salınması da mümkündür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!