Elman Nəsirov Tahir Kərimlidən danışdı: “İnşallah, başına bir iş gəlməz“

saytların hazırlanması

Evə çatdırılma

Elman Nəsirov Tahir Kərimlidən danışdı: “İnşallah, başına bir iş gəlməz“

Siyasət

17 Fevral 2022 16:08 2239


Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimlinin ötən gün video çəkərək hədələndiyini dilə gətirməsi və emosional çıxışı gündəmin əsas mövzularındandır. Deputatın videosu bir çox suallar ortaya çıxarıb. 

Maraqlısı budur ki, onunla sözügedən video paylaşılandan sonra heç bir əlaqə yoxdur. Kərimlinin mobil telefon nömrələrinə zəng çatmır.

Yenisabah.az-a danışan deputat Elman Nəsirov da həmkarı ilə əlaqə yarada bilmədiyini qeyd edib: Toyuqlu pizza

“Tahir Kərimli ilə danışa bilməmişəm. Çünki dəfələrlə zəng etsəm də telefonu bağlıdır. Bilmirəm, necə əlaqə saxlayım. Ortada bir xəbər yoxdur. İnşallah, heç nə olmaz, başına bir iş gəlməz. Ola bilsin ki, jurnalistlər bu məsələ ilə bağlı çox sual verir deyə telefonları bağlayıb”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!