Elman Nəsirovun hamıdan gizlətdiyi qızı   ÜZƏ ÇIXDI - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Elman Nəsirovun hamıdan gizlətdiyi qızı ÜZƏ ÇIXDI - VİDEO

Sosial

25 Oktyabr 2025 01:56 1914


Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun ilk nikahından olan qızı Laləzər Əliyeva (Nəsirova) sosial şəbəkədə çıxış edərək atasından gileylənib.

Yenisabah.az xəbər verir ki, o, 4 yaşı olarkən valideynlərinin ayrıldığını, anası ilə yaşadığını deyib. Bildirib ki, atası Elman Nəsirov heç vaxt onunla maraqlanmayıb, bir dəfə 9 yaşında atasını görmək üçün gedəndə isə analığı, Elman Nəsirovun ikinci həyat yoldaşının tələbi ilə anasının yanına göndərilib.

L.Əliyevanın sözlərinə görə, hazırda ailə qurub, iki azyaşlı övladı var, buna baxmayaraq, içki düşkünü olan qayınatası onu təhqir edir, söyür və evdən də çölə atıb. Xaricdə yaşayan dayısının birotaqlı evinə sığındığını vurğulayan xanım atasının onun telefonlarını bloka atdığını, ondan qaçdığını iddia edib və kömək istəyib. Sezar pizza

O, həmçinin xatırladıb ki, heç vaxt atası haqda nəsə deməyib, onun adına və nüfuzuna ziyan gəlməsini istəməyib. Ancaq indi çarəsiz durumdadır./Axar.az

Daha ətraflı videoda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!