“Elman Rüstəmov özü-özünü təkzib edir“

saytların hazırlanması

Evə çatdırılma

“Elman Rüstəmov özü-özünü təkzib edir“

İqtisadiyyat

02 Fevral 2019 15:40 1152


“Elman Rüstəmov yenə ezop dilində bəzi bəyanatlar verib. Çalışım, dediklərini tərcümə və izah edim. Hörmətli Elman müəllim, manatın sabitliyini 3 faktorla əsaslandırıb: Tədiyyə balansı profisiti , Neft Fondunda 3 mlrd. dollara yaxın artımın olması, 2019-cu ildə Neft Fondundan büdcəyə tranfertlərin həcminin əvvəlcədən 6,8 mlrd. dollar müəyyən edilməsi”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli  Mərkəzi Bank sədri Elman Rüstəmovun dünənki çıxışını şərh edərkən deyib. O bildirib ki, Elman Rüstəmovun qeyd etdiyi hər 3 amil tək bir faktora – neftə görədir:

 “Əslində Elman Rüstəmov özü-özünü təkzib edir: a) Tədiyyə balansında ona görə profisit yarandı ki, 2018-ci ildə neftin orta qiyməti 2017-ci ilə nisbətən 35% baha oldu, b) Neft Fondunda yığılan vəsait ona görə 3 mlrd. dollar artdı ki, neft 2018-ci ildə daha baha satılırdı, v) Neft Fondunun gəlirləri də 2019-cu il üçün neft qiymətinin 60 dollar olacağı üzərindən hesablanıb deyə, 6,8 mlrd. dolların tranferti öncədən qərara bağlanıb. pizza sifarişi

Yəni, bütün makroiqtisadi göstəricilər neft amilinə bağlıdır. Amma Elman müəllim israrla deyir ki, neft ucuzlaşsa belə, ölkədə manatın məzənnəsinə, inflyasiyaya təsir etməyəcək – bu isə artıq nonsensdir. Amma Elman müəllim dolayısı ilə təsdiq edir ki, öncədən dediyi  “manat üzən məzənnə rejiminə keçib” bəyanatı doğru deyil. O sözləri ilə təsdiq edir ki, manatın məzənnəsi sırf inzibati yolla, hökumətin və MB-ın qərarları ilə müəyyənləşdirilir”.

Ekspert vurğulayıb ki, bu il Azərbaycanda manatın taleyi də, inflyasiya göstəriciləri də, tədiyyə balansının vəziyyəti də - bir sözlə, bütün göstəricilər neftin qiymətindən asılı olacaq:

“Əgər bu il qiymət 60-70 dollar arası olacaqsa, manatın məzənnəsi dəyişməyəcək, ticarət dövriyyəsində müsbət saldo davam edəcək, inflyasiya təkrəqəmli olacaq. Qiymət 50-60 dollar arası olacaqsa, artıq tədiyyə balansında mənfi saldo yaranacaq, manatın məzənnəsinə basqılar artacaq, MB məcburən manatın məzənnəsində cüzi də olsa enməyə gedəcək, yəni, məzənnə 1 dollar – 1,80 manat səviyyəsinə qədər dəyişə bilər. Yox əgər neft qiymətləri 50 dollardan da aşağı olsa, 40-45 dollar səviyyəsinə düşsə ,bu zaman tədiyyə balansında ciddi mənfi saldo olacaq, manatın 15-20% devalvasiyası gündəmə gələcək, inflyasiya ölkədə ikirəqəmli olacaq. Çünki, bizdə dolların məzənnəsi inflyasiyaya birbaşa təsir göstərir, ölkə idxaldan kəskin asılı vəziyyətdədir. 

O ki qaldı uçot dərəcəsi məsələsinə, Azərbaycan kimi iqtisadi institutları, iqtisadi altyapısı olmayan ölkələrdə MB-ın uçot dərəcəsinin heç bir ciddi əhəmiyyəti olmur, ola da bilməz . Uçot dərəcəsi 3% olanda da ölkədə kreditlər 25-30% idi, dərəcə 15%-ə qalxanda da eləcə də qaldı. Bu gün 9,25%-dir, yenə kredit faizlərində ciddi dəyişiklik yoxdur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!