Elman Rüstəmovun 10 min dollardan çox kreditlərlə bağlı açıqlamasına şərh

saytların hazırlanması

Evə çatdırılma

Elman Rüstəmovun 10 min dollardan çox kreditlərlə bağlı açıqlamasına şərh

İqtisadiyyat

26 Aprel 2019 22:52 979


“Elman Rüstəmovun dediyi bugünki fərmanla bağlıdır. Yəni bu gün icra olunan fərmanda 10 min dollardan yuxarı  kreditlərlə bağlı heç nə yoxdur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, 10 min dollardan yuxarı olan kreditlərin həlli ilə bağlı fikirlərini bildirib:

“Hazırda icra olunan fərmana görə, təbii ki, hər hansı addımların atılması gözlənilmir. Amma cəmiyyətə bir gözlənti formalaşmışdı ki, 10 min dollardan yuxarı kreditlərlə bağlı  növbəti qərar verilə bilər. Ən azından belə bir ehtimal var.  pizza sifarişi

Baş bankirin belə bir bəyanatla çıxış etməsi bu söhbətlərin əsassız olduğunu göstərir. Amma Elman Rüstəmovun çıxışını sonuncu deyilən söz kimi qəbul etmək də doğru deyil. Çünki Mərkəzi Bank qərarverici orqan deyil. 

Əslində problemli kreditlərlə bağlı birdəfəlik qərar verilsə yaxşı olar. Yəni həm bütün problemli kreditlər, həm də devalvasiyadan zərər görmüş  vətəndaşlarla bağlı istər biznes, istərsə də fərdi kreditlər olsun fərq etməz. Bu il ərzində qərar verib, birdəfəlik bu məsələni bağlamalı, 2020-ci ildən tamamilə sağlamlaşdırılmış bank sektoru ilə iqtisadiyyat ilinə başlamaq lazımdır. Əgər bu baş verməsə fəsadlar bir müddət sonra davamlı şəkildə yenidən olacaq”. 

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!