Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi

Siyasət

30 Dekabr 2025 20:56 1245


Bir il əvvəl lisenziyası geri alınan "Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyəti ləğv olunduğunu elan edib.

"Yeni Sabah" Teleqraf-a istinadla xəbər verir ki, kreditorlardan iki ay ərzində tələblərin bildirmələri istənilib.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Nizamnamə kapitalı 8 milyon 925 min 440 manatdır. Qanuni təmsilçisi Oqtay Pirmurad oğlu Şeydabəyovdur. Marqarita pizza

Lisenziyası geri alınmazdan bir əvvəlki (2023) maliyyə ilini sığorta şirkəti 555 min manat mənfəətlə başa vurub. Cəmi gəlirləri 7,6 milyon manat olub. Həmin ildə 4,9 milyon manat sığorta haqqı toplayıb. Mərkəzi Bank lisenziyanın geri alınmasına səbəb şirkətin maliyyə dayanıqlılığı aşağı olmasını göstərib.

Qeyd edək ki, “Bakı Sığorta” ASC-nin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir. “Bank Respublika” və “Toyota Abşeron Center”in Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmova məxsus olduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!