Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib.
Nazirlikdən “Yeni Sabah”a daxil olan məlumata görə, Elmar Məmmədyarov Ceyms Layl Şarpı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.
Xəbərdə bildirilir ki, görüşdə iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparılıb və tərəflər ölkələr arasında enerji, siyasi, iqtisadi və digər sahələrdə əldə edilmiş nailiyyətlərin məmnunluq doğurduğunu ifadə etdilib. Toyuqlu pizza
Ceyms Layl Şarp Azərbaycana səfir təyin olunmasından məmnun olduğunu və diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Daha sonra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında qarşı tərəfə məlumat verən Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatlarının bölgədə gərginliyin artmasına xidmət etdiyini və danışıqlar prosesinə xələl gətirdiyini bildirib.
Qeyd edək ki, görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
Telegram kanalımız