Elmar Məmmədyarov Hololeylə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Elmar Məmmədyarov Hololeylə görüşdü

Sosial

19 Fevral 2019 21:43 860


Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, H.Hololey prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Daha sonra H.Hololey Avropa İttifaqı və Azərbaycan arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclasının nəticələrini yüksək qiymətləndirib. Dördpendirli pizza

Görüş zamanı tərəflər Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur layihələri və logistika imkanlarını, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin perspektivlərini müzakirə ediblər.

Tərəflər, həmçinin nəqliyyatın bütün sahələrində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!