Elmar Məmmədyarov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Elmar Məmmədyarov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb

Siyasət

06 Sentyabr 2019 19:08 997


Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan ilə görüşüb.

Nazirlikdən “Yeni Sabah”a daxil olan məlumata görə, forumun qarşıdan gələn tədbirləri haqqında məlumat verən Taha Ayhan, təmsil etdiyi təşkilatın Azərbaycanla mövcud olan sıx əlaqə və təmaslarının bundan sonra da davam etdiriləcəyini nazir Elmar Məmmədyarovun diqqətinə çatdırıb.

Elmar Məmmədyarov İƏT Gənclər Forumunun fəaliyyətindən məmnunluğunu qeyd edərək, təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb. pizza sifarişi

Qeyd edək ki, görüşdə ölkəmiz ilə İƏT Gənclər Forumu arasında əməkdaşlığın genişləndirilməsinin yolları, eləcə də Forumun beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!