Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Daynis Qarançsı qəbul edib.
Nazirlikdən “Yeni Sabah”a daxil olan məlumata görə, Daynis Qarançs Latviya Respublikasının Xarici İşlər naziri Edqar Rinkeviçsin salamını Elmar Məmmədyarova çatdırıb. Öz növbəsində nazir Elmar Məmmədyarov David Qarançsı səfir təyin olunması münasibətilə təbrik edərək öz salamlarını Latviyalı həmkarına çatdırıb.
Məlumatda bildirilib ki, görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. pizza mizza
Yeni səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Qeyd edək ki, sonda nazir Latviyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Telegram kanalımız