Xarici İşlər naziri Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib.
Nazirlikdən “Yeni Sabah”a daxil olan məlumata görə, Elmar Məmmədyarov Eqidius Navikası səfir təyin olunması münasibətilə təbrik edib və Litva səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Məlumatda qeyd olunub ki, görüşdə ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə edilib. Eyni zamanda ölkələr arasında iqtisadi və ticarət sahələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulanıb. pizza mizza
Eqidius Navikas Azərbaycanın regionda apardığı müdrik xarici siyasətini və bu xüsusda, ölkəmiz tərəfindən həyata keçirilən enerji, nəqliyyat və infrastruktur layihələrin əhəmiyyətini qeyd edib. O, Litva tərəfindən Azərbaycanda həyata keçirilən tvinninq layihələrinin və bu sahədə ölkələrimiz arasında təcrübə mübadiləsinin uğurundan bəhs edərək, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Telegram kanalımız