Elmar Məmmədyarov Yaponiya XİN-nin müavini ilə görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Elmar Məmmədyarov Yaponiya XİN-nin müavini ilə görüşüb

Siyasət

05 Sentyabr 2019 19:22 1162


Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycana işgüzar səfəri çərçivəsində Yaponiyanın xarici işlər nazirinin parlament üzrə müavini Kenci Yamadanı qəbul edib.

Nazirlikdən “Yeni Sabah”a daxil olan məlumata görə, görüşdə Elmar Məmmədyarov “Şimal-2” elektrik stansiyasının tikintisinin başa çatmasının mühüm hadisə olduğunu qeyd edib və Prezident İlham Əliyevin bu stansiyanın açılış mərasimində şəxsən iştirak etməsinin iki ölkə arasında olan münasibətlərə yüksək etimadının göstəricisi olduğunu vurğulayıb.

Kenci Yamada “Şimal-2” elektrik stansiyasının istismara verilməsi münasibətilə təbriklərini səsləndirərək, Azərbaycanın dövlət başçısının bu açılış mərasimində iştirakının tərəflərindən yüksək qiymətləndirildiyini dilə gətirib. pizza hut

Kenci Yamada strateji əhəmiyyətli məntəqədə yerləşən Azərbaycanın neft sektoru ilə yanaşı, son vaxtlar qeyri-neft sektoruna böyük diqqət göstərməsini ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından mühüm fürsət kimi dəyərləndirib. Nazir müavini ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib. Kenci Yamada Yaponiya ilə Azərbaycan arasında “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş” üzrə danışıqların ilk raundunun keçirilməsinə istinad edərək, bu danışıqların davam etdirilməsinin ölkələrarası iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Elmar Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin məmnunluq doğurduğunu bildirib və ikitərəfli əlaqələrin daha da güncləndirilməsinin vacibliyini vurğulayıb. Nazir ölkələr arasında turizm sektorunda münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, Tərəflər arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə bağlı fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!