Elmi Şura universitetdəki qalmaqalla bağlı toplantı keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Elmi Şura universitetdəki qalmaqalla bağlı toplantı keçirdi

Sosial

18 Fevral 2019 20:40 1318


“Təhsil eksperti Kamran Əsədovun sizin saytınızda  dərc olunmuş açıqlaması ilə bağlı bildirmək istəyirik ki, ADU-nun Filologiya və jurnalistika fakültəsinin dekanı olmuş Vüsalə Ağabəyli işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad olunub, işdən isə çıxarılmayıb, 0.5 ştat vahidi ilə baş müəllim vəzifəsində qalıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu ADU-nun mətbuat katibi Ağa Cəfərli deyib. O bildirib ki, Kamal Abdullanın  kimisə təhqir etməsi haqqında deyilənlər, o cümlədən universitetin professor-müəllim və tələbə heyətinin hədəfə alındığı eyni mövzu ətrafında təkrarlanan yazılar şər və böhtandan, qarayaxmadan başqa bir şey deyil:

“Vüsalə Ağabəylinin və onun yaxın ətrafının mətbuatda səsləndirdiyi ittihamları heç bir məntiqə söykənmir, şər və böhtandan başqa bir şey deyil. Marqarita pizza

Qeyd edək ki, bu gün Azərbaycan Dillər Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib. Universitetin rektoru akademik Kamal Abdullanın və professor-müəllim heyətinin iştirak etdiyi iclasda son vaxtlar müxtəlif mətbuat orqanlarında ali təhsil ocağının rəhbərliyi və kollektivini hədəf alan böhtan xarakterli yazılarla bağlı xüsusi müzakirə aparılıb.

Elmi Şuranın üzvləri, o cümlədən ali məktəbin professor müəllim heyəti heç bir əsası olmayan ittihamların onların nüfuzuna xələl gətirdiyini, peşəkar fəaliyyətlərini gözdən saldığını qeyd edərək, bu kimi hallara öz qəti etirazlarını bildiriblər. Onlar bununla bağlı zəruri hüquqi addımların atılmasının vacibliyi haqqında universitet rektoru qarşısında məsələ qaldırıblar.

Qərar alınıb ki, Azərbaycan Dillər Universiteti həyata keçirdiyi islahatlar, kadr dəyişikliyi, tədris keyfiyyətinin daha təkmilləşməsi ilə bağlı atdığı addımları obyektiv işıqlandırmaq üçün öz qapılarını medianın üzünə açmağa bundan sonra da hazır olacaq. Mətbuat nümayəndələri bütün bunlarla bağlı universitetə gələ, onları maraqlandıran suallara cavab ala bilərlər. Əks təqdirdə saytlarda Azərbaycan Dillər Universiteti ilə bağlı yazılan böhtan xarakterli materiallar yer alarsa, həmin şəxslər və saytlar haqqında Mətbuat Şurasına, o cümlədən məhkəməyə müraciət ediləcək, əlbəttə ki, nəticə universitetin xeyrinə həll olunacaq və əldə olunan vəsait tələbələrə veriləcək.

Jurnalistləri bu cür məsələlərə həssas yanaşmağa, peşə kodeksinə hörmətlə yanaşaraq qarşı tərəfin mövqeyini öyrənməyə çağırır, həqiqəti öyrənmək istəyində olan həmkarlarımızı və təhsil ekspertlərini universitetə dəvət edirik".

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!