Elmira Axundova geri çağırılır

saytların hazırlanması

Evə çatdırılma

Elmira Axundova geri çağırılır

Siyasət

06 Aprel 2023 15:16 1493


Azərbaycan Ukraynaya yeni səfir təyin edir. 

Bakupost.az -ın Xarici İşlər Nazirliyindəki etibarlı mənbədən əldə etdiyi məlumata görə, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyin yeni rəhbəri artıq təsdiqlənib.

Lakin Prezident Sərəncamı üçün prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu aqriman alınmalıdır. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub. Toyuqlu pizza

Qeyd edək ki, keçmiş deputat Elmira Axundova 2020-ci ilin mart ayında səfir təyin olunub. O, Ukrayna müharibəsi başlayan kimi Kiyevi tərk edib və həmin vaxtdan Ukraynaya getməyib. Onun səlahiyyətlərini Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev yerinə yetirir.

Yeni səfirlə bağlı əlavə məlumat verəcəyik. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!