Elmira Axundova prezidentin sərəncamından danışdı

Elmira Axundova prezidentin sərəncamından danışdı

Xalqın səsi Veb saytların hazırlanması

09 Fevral 2019 23:39 1111


“Minimum aylıq əməkhaqqının artırılması haqqında prezidentin sərəncamı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri üçün gözlənilən və çox xoş hadisədir”.

Bunu millət vəkili Elmira Axundova deyib. O, bildirib ki, bütün Avropa ölkələrində olduğu kimi, bizdə də minimum aylıq əməkhaqqının 2020-ci ilə qədər artırılaraq yaşayış minimumu səviyyəsinə çatdırılması gözlənilirdi: “Bu il Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulmuşdu, minimum aylıq əməkhaqqı isə cəmi 130 manat idi. Biz təklif etmişdik ki, hökumət minimum əməkhaqqını 145-150 manata qədər artırsın. Gözləyirdik ki, bu iş mərhələli şəkildə görüləcək. Lakin Prezident İlham Əliyev qətiyyətli addım ataraq minimum aylıq əməkhaqqını birdən-birə 38 faiz artırdı və beləliklə, onu yaşayış minimumuna tamamilə uyğunlaşdırdı. İndi bizdə bu məsələdə heç bir uyğunsuzluq yoxdur.

İndi Azərbaycanda yaşayış minimumu da 180 manat, minimum aylıq əməkhaqqı da 180 manatdır. Bu, çox qətiyyətli, inqilabi addımdır. Sərəncam dövlət sektorunda 450 min nəfərə və özəl sektorda 150 min nəfərə, yəni cəmi 600 min nəfərə şamil ediləcək. Dəyişikliklər çox adama – tibb bacılarına, tibb işçilərinə, müəllimlərə və başqalarına aid olacaq.

Daha bir sanballı rəqəm – Prezidentin bu Sərəncamının reallaşdırılması üçün cari ildə 350 milyon manat ayrılacaq. Bu məbləğ martın 1-dən ayrılacaq. Gələn il yanvarın 1-dən etibarən daha 450 milyon manata yaxın vəsait ayrılması nəzərdə tutulur”.

Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!