Elmira Axundovadan növbəti qalmaqal: Ukrayna polisi video yaydı

saytların hazırlanması

Evə çatdırılma

Elmira Axundovadan növbəti qalmaqal: Ukrayna polisi video yaydı

Hadisə

09 Aprel 2021 16:24 2971


Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın adı yenidən avtoşluqda hallandırılır. 

“Yeni Sabah” Ukrayna mediasına istinadən xəbər verir ki, bu dəfə Elmira Axundovanın adı Kiyevdə yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobilinin insanların üzərinə sürməkdə çəkilir. 

Belə ki, Ukraynanın Daxili İşlər Nazirliyinə bağlı "Operativ Kiyev" mərkəzi səfir Elmira Axundovanın xidməti avtomobillərindən biri olan "Toyota Land Cruiser"in Kiyevin mərkəzi küçələrində işıqforun qırmızı işığında keçdiyini əks etdirən video-görüntüləri yayıb.  Sezar pizza

Sözügedən görüntülər Ukrayna mediasının əsas müzakirə mövzusuna çevrilib.

Yayılan görüntülərə görə, Ukrayna mətbuatı Azərbaycanın bu ölkədəki səfirliyinin diplomatlarını "harın padşahlar" adlandırıb. / Demokrat.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!