“Elmira Axundovanın sahibi beşinci kolonun xaç atası Ramiz Mehdiyev olub” 

saytların hazırlanması

Evə çatdırılma

“Elmira Axundovanın sahibi beşinci kolonun xaç atası Ramiz Mehdiyev olub” 

Siyasət

18 Mart 2022 12:44 1191


Ukraynada müharibə başladıqdan sonra Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundova baş verən proseslərdə yer almadı, soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etmədi. Azərbaycan cəmiyyəti, Ukraynada çətin durumda qalan soydaşlarımızın sorağını günlərlə gözlədikləri ünvanlardan ala bilmədilər. Etirazların artdığını görəndə isə Elmira Axundovanın xəstə olduğunu bildirdilər. İndi məlum olur ki, o, estetik əməliyyat üçün Türkiyəyə gedib.

Hazırda müəyyən  bir rəy yaranıb ki, Elmira Axundova səfir postundan geri çağırılmalıdır.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də Yenisabah.az-a açılamasında Elmira  Axundovanın geri çağırılmalı olduğunu bildirib: pizza mizza

“Elmira Axundova Milli Məclisdə də alverlə məşğul idi. Hər zaman var dövləti ilə məşhur olub. 

Axundovanın oğlunun hərəkətləri hamıya bəllidir. Mən düşünürəm ki, o, vəzifədən azad edilib, həbs olunmalıdır. Ukraynada bizim 500 min soydaşımız qaldığı zamanda o sumkasını götürüb Ukraynadan qaçdı. 

Elmira Axundova Ukraynada da təxribatla məşğul olurdu. Azərbaycanın diplomatik korpusunda bu cür insanlar çoxdur. Bizim xaricdə olan səfirlərimiz, konsullarımız özlərinə işləyirlər, dövlətə yox.

Elmira Axundovanın sahibi beşinci kolonun xaç atası Ramiz Mehdiyev olub. 2 milyonunu alıb onu Ukraynaya göndərmişdi. Elmira Axundova təcili vəzifəsindən uzaqlaşdırılmalı və həbs edilməlidir. Geri çağırılıb həbs olunmasa, gəlib bu günə qədər yığdıqlarını yeyəcək. Bunun nə xeyri olacaq bizə?

Elmira kimilərin adını çəkmək bizim üçün utanc verici haldır. Onun kim olduğunu hamı yaxşı bilir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!