“Stalin rejiminin öndə olan alimləri nəzarətdə saxlamaq üçün yaratdığı qurumun Azərbaycandakı deviasion monumenti olan AMEA ləğv edilməyə doğru gedir”.
“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə professor Adil Qeybulla çıxış edib. O, dəfələrlə Akademiyanın ləğv edilməsi təşəbbüsü ilə çıxış etdiyini, onun cəmiyyət üçün faydalı olan struktur vahidləri (institutlar və elm mərkəzləri) ali məktəblərin nəzdində qrantlar əsasında fəaliyyət göstərən tədqiqat mərkəzləri kimi fəaliyyət göstərməli olduğunu xatırladıb:
“Belə olacağı təqdirdə, elm meydanında plaqiat dəllallarının, «çevir tatı, vur tatı» prinsipi ilə ərsəyə gələn elmi-tədqiqat materiallarının yerinə original və müasir elmi fəaliyyətin əsası qoyular. pizza hut
Bir misal çəkim: Birləşmiş Krallığın Müqəddəs Andrey Universiteti (St.Andrews University) 2021-ci ildə ölkənin reytinq cədvəlində (təhsilin səviyyəsi, tələbələrin müvəffəqiyyəti və s.) birinci yerə çıxdı (Oxford və Kembric Universitetlərini qabaqlayaraq). Lakin bu Universitet büdcəsi kiçik olduğundan geniş miqyaslı elmi-tədqiqat işləri apara bilmədiyindən (tələblər səviyyəsində) Dünya Universitetlərinin reytinq cədvəlində ön yerləri tuta bilmir. Yəni elmi-tədqiqat işləri və onların müasirliyi, innovasiya həcmi və miqyası Universitetin fəaliyyətində təhsil qədər vacib amildir.
Ona görə də, Akademiyanın strukturları profil üzrə ali məktəblərin bazasına köçürülməli və təhsilin keyfiyyəti tamamilə yenilənməlidir.
Mən dəfələrlə, Akademiyanın ləğvi zərurəti haqda qeyd etmişəm. Əslində, akademik deyilən elmi ad, rütbə dünyanın heç yerində yoxdur. Mənə görə, “akademik” adı ilə “əməkdar sağıcı”, “xalq artisti” adının mahiyyətcə fərqi yoxdur. Çünki bu cür adların verilməsi loyallığa nəzarət mexanizminin elementləridir”.
Telegram kanalımız