Nazirlər Kabineti (NK) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturu və işçilərinin say həddini 3 ay müddətində təsdiqləməlidir.
Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanda yer alıb.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. pizza
AMEA-ya isə qurumun Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini 3 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Telegram kanalımız