Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

Şou

03 Aprel 2026 12:37 17681


Əməkdar artist Elnarə Abdullayevanın efirdə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. O, qadınların sosial şəbəkələrin hekayə bölümündə öz fotolarını paylaşmasının doğru olmadığını deyib.

Sitat: “Bacım mənə bir şəkil göstərdi. Başıbağlı bir xanım statusunda fərqli şəkillərini paylaşmışdı. Tutaq ki, Gülnarə xanımın həyat yoldaşı sənin elə şəklini niyə görməlidir? Mən kişi olsaydım, bunu qəbul etməzdim. Sən xanımsan, TikTok-da nə işin var?”

Bu fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və E.Abdullayeva həm tənqid, həm də təhqir obyektinə çevrilib. pizza

“Yeni Sabah” xəbər verir ki, Globalinfo.az-a danışan əməkdar artist Elnarə Abdullayeva hazırda barəsində xoşagəlməz sözlər yazan qadınla bağlı 29-cu polis bölməsinə şikayət ərizəsi yazdığını bildirib:

“Orada deməmişəm ki, konkret heç kim şəkil paylaşmasın. Vasif Məhərrəmli ilə söhbət etmişik ki, indiki cavanlar tez ayrılır, mən də demişəm ki, ayrılma səbəbi daha çox sosial şəbəkələrdir. Çünki biri şəkil paylaşır, digəri isə bundan narazı olur. Söhbət ümumi tendensiyalardan gedir, konkret şəxsdən yox.

“Başqasının həyat yoldaşı sənin şəklini niyə görməlidir?” məsələsi isə tamamilə fərdi və ev içi mövzudur, heç kimə aidiyyəti yoxdur”.

E.Abdullayeva əlavə edib ki, onu təhqir edən şəxslə bağlı tədbir görüləcək:

“Dövlətimiz və qanunlarımız var! Mənim fərdi ixtiyarım çatırmı ki, başqasının şəklini, videosunu paylaşım və təhqir edim? Əlbəttə ki, yox. Məni tənqid hədəfinə gətirən qadını tanımıram. Deyir ki, Elnarə əxlaq maskası altında gizlənir. Gəl görək mənim əxlaq maskamı cıranda altından nə çıxır? Şərəfimə və ləyaqətimə dil uzadanlar cavab verəcək. Mən heç kimi təhqir etməmişəm, əksinə, təhqir edilən mən olmuşam”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Əminə İbrahimli
    Elnarə xanımı təhqir edən o xanım kimdirsə, ona deyin ki, Elnarə xanım bizim fəxrimiz, qürurumuzdur. Böyük sənətkarımızdır və bir xanım kimi həmişə yüksək mənliyi, əxlaqı ilə nümunədir.
    1 month ago
  • Firuz
    Əhsən . Qəşəy əxlaq dərsi vermisiz ona görə əxlaqsızlar qıcıq olub. Çünki onlar müasir qadın konsepsiyasını əxlaqsız qadın ilə səhv salıblar. Düz deyirsiz xanım Tik tokda nə gəzir. Kimsə kiminsə yoldaşını niyə görüb seyr etməlidir. Şəxsi həyatını ictimayətləşdirmək həvəsi psixologiyada Şəxsiyyətin qüsuru kimi qeyd olunur
    1 month ago
  • Firuz Musayev
    Əhsən. Qeyrətin allqışlanadıdır. İndi həqiqi əxlaq haqqında qınağ deyən kimi əksər insan düz deyənin üstünə bilirsiz niyə hücum edir?Deməkləri odur ki"Sən niyə elə deyirsən ki biz əxlaqı asxayanların sayı azalacaq")) Bu sadə bir sözdür. İstər köhnə istər ən müasir zamanda. Birinin həyat yoldaşı digərinin yoldaşını niyə görməlidir.
    1 month ago
  • Zehra
    Men Elnarə xanıma tamanıyle haqq verirem. Sənət adımını basa dyadukde paylasır. Ailə qadınının ne isi var tıktokda ozunu paylasır. Hələ anlamırsızr ailələr niye dagılır. Kısi ozuycun birini tapır qadında ozuycun baslıyıllar yazısmaga sora o buny tutur buda onu olan ailəyə usaglara olur. Ne evli kısının nede qadının ele yerlere girmesi duzgun deyıl.
    1 month ago