Bir neçə gün əvvəl müğənni Elnar Xəlilov nişanlısı, şairə Aysel Nəcəflidən ayrılması xəbəri yayılmışdı.
"Yeni Sabah" xəbər verir ki, onlar bu barədə sosial şəbəkədə paylaşım edərək, bir-birilərini tənqid etmişdilər. İndi isə cütlük barışıb. Belə ki, onlar artıq martın 8-də baş tutacaq toyları üçün dəvətnamələri də paylamağa başlayıblar.
Qeyd edək ki, onların hansı səbəblə ayrıldığı bilinməsə də, Aysel Nəcəfli yazdığı statuslarda Elnarla əsla barışmayacağını, bu dəftərin onun üçün qapandığını vurğulamışdı. pizza
Cütlüyün ümumiyyətlə küsmədiyi, bunu şou üçün etdikləri də iddia olunub. Belə ki, Elnarın Ayselə evlilik təklifi də şoulaşdırılaraq, sosial şəbəkədə səs-küy yaratmışdı. Ayrılıq xəbərini sosial mediada aləmə carc çəkən cütlük, barışdıqlarını gizli saxlayıblar.
Telegram kanalımız