Prezident Administrasiyasının sabiq şöbə müdiri, deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov Almaniyada biznes qurub.
“Yeni Sabah” xəbər verir ki, bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. O, bildirib ki, Elnur Aslanov ALKEL INSHAAT SANAYE VE TIJARET AG şirkətini 2017-ci ilin iyul ayının 28-də 50 min avro nizamnamə kapitalı ilə Charlottenburg (Berlin) ədliyyəsində qeydiyyatdan keçirib və HRB 191395 B saylı lisenziya alıb.
PA-nın keçmiş şöbə müdirinin Almaniyadakı şirkəti əvvəlcə Ballenstedter str D-10709, Berlin ünvanında qeydiyyata alınıb. Hazırda Berlinin POTSDAMER STR. 92, D-10785 ünvanında yerləşir. pizza mizza
Şirkət torpaq, ərazi alışı, satışı, daşınmaz əmlak idarəçiliyi və inşaat sektorunda fəaliyyət göstərir. Şirkəti 16 mart 2018-ci ildən Elnur Aslanovun Vilnüsdə yaşayan Fəxrəddin Qəmbərov adlı dostu idarə edir.
Qeyd edək ki, E. Aslanovun son dövlət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub və 2016-cı ildən vəzifədən uzaqlaşdırılıb.
Telegram kanalımız