Elvin Cəfərquliyev Çempionlar Liqasının həftənin rəmzi komandasında   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Elvin Cəfərquliyev Çempionlar Liqasının həftənin rəmzi komandasında - FOTO

İdman

22 Yanvar 2026 21:54 853


UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunun yekunlarına əsasən rəmzi komandanı açıqlayıb. 

"Yeni Sabah" xəbər verir ki, qitənin ən nüfuzlu turnirinin ən yaxşı 11 futbolçusu arasında "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev də yer alıb.

Qeyd edək ki, Elvin Cəfərquliyev “Qarabağ”ın doğma meydanda Almaniyanın “Ayntraxt” klubunu 3:2 hesabı ilə məğlub etdiyi oyunda 90 dəqiqə meydanda olub və bir məhsuldar ötürmə ilə yadda qalıb. pizza sifarişi

Həftənin rəmzi komandası belə müəyyənləşib:

Qapıçı: Konstantinos Tzolakis (“Olimpiakos”)

Müdafiəçilər: Elvin Cəfərquliyev (“Qarabağ”), Vircil van Deyk (“Liverpul”), Pedro Porro (“Tottenhem”), Costeyn Qundersen (“Bodo-Qlimt”)

Yarımmüdafiəçilər: Xefren Tyuram “(Yuventus”), Fran Navarro (“Braqa”), Fermin Lopez (“Barselona”),

Hücumçular: Vinisius Junior (“Real”), Simone Gilano (“Atletiko”), Luis Suarez (“Sportinq”)  /Qol.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!