Elza bu şeirə görə AYB-dən çıxarılır? - “Ağzınızı...”

saytların hazırlanması

Evə çatdırılma

Elza bu şeirə görə AYB-dən çıxarılır? - “Ağzınızı...”

Yazar

14 Sentyabr 2024 14:05 24092


Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahanın efirdə səsləndirdiyi “Tüpürüm sizin ağzınıza” adlı “şeiri” sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Sözügedən şeirin efirdə səsləndirilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb və narazılıq doğurub. Hətta bunu E.Seyidcahanın insanları təhqir etməsi kimi dəyərləndirənlər də var. 

Əməkdar artist buna görə AYB-dən uzaqlaşdırıla bilərmi?  Sezar pizza

Mövzu ilə bağlı danışan AYB sədri Anar Rzayev məsələdən məlumatsız olduğunu bildirib. 

“Hazırda bağda dincəlirəm. Məzuniyyətdə olduğum üçün televiziya və sosial şəbəkələri izləmirəm. Açığı, Elza xanımın necə bir şeir deməsindən məlumatsızam. İstirahətdən qayıdan kimi, həmin görüntüləri izləyəcəm”. 

Anar Rzayev Elza Seyidcahanın AYB-dən kənarlaşdırılmasının mümkünlüyündən danışıb: 

“Şeirlə tanış olduqdan sonra bir söz deyə bilərəm. Əlbəttə, bizim nizamnaməni pozan kəslər AYB-dən uzaqlaşdırılır. Məsələn, klassiklərimizi təhqir edən adam olub ki, biz onu kənarlaşdırmışıq. Elza Seyidcahanın şeirində də təhqir olarsa, tədbir görüləcək”. Globalinfo.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!