Elza məhkəmədə uddu - Roza təzminat ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

Elza məhkəmədə uddu - Roza təzminat ödəyəcək

Şou

17 Aprel 2026 12:06 563


Elza Seyidcahanın iddiası ilə Roza Zərgərliyə qarşı məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" axşam.az-a istinadla xəbər verir ki, yekun qərarın xeyrinə olsa da, Əməkdar artist tam razı qalmayıb. 

E.Seyidcahanın vəkili Elşən Behbudov bildirib ki, Apellyasiya Məhkəməsinə müraciət edəcəklər: Dördpendirli pizza

"Yasamal Rayon Məhkəməsində Ayşən Sultanovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat ödəməli olacaq. Məhkəmə Roza Zərgərlinin sözlərini yalan kimi qəbul edib. Buna görə üzr istəməsi tələb olunur. Amma təzminat tələbi təmin edilsə də, üzr istənilməyib. Buna görə də Apellyasiya Məhkəməsinə müraciət edəcəyik". 

Xatırlatma: Roza Zərgərli yutubda yayımlanan "Baylarsoylar" layihəsində Seyidcahanın ünvanına təhqiramiz fikirlər səsləndirərək, onu "meymun", "təlxək", "dəli" adlandırıb. Şərəf, ləyaqət və işgüzar nüfuzunun təhqir edildiyini bildirən E.Seyidcahan qarşı tərəfi məhkəməyə verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!