Müğənni Kərim Abbasov "Ən yaxşısı" verilişində Əməkdar artist Elza Seyidcahanla küsülülüyündən söz açıb.
"Yeni Sabah"ın məlumatına görə, sənətçi bildirib ki, heç vaxt Seyidcahanla barışmayacaq.
"Elza sevinsin ki, onu vurmadım" sözlərini deyən Kərim aparıcı Mətanət Əliverdiyevanın "Qadına əl qaldırarsan" sualına belə cavab verib: Dördpendirli pizza
"Heç niyyətim yoxdur onla barışmağa. Elza o qədər mənim üçün "qara xətt"dir ki, adını çəkmək istəmirəm. Bir insan ki, üzümə şantaj etsin ki, səni döydürərəm... Özüdə bir neçə müğənninin yanında... O, elə aqresiya göstərdi ki, gözümə kişi-qadın görsənməzdi".
Telegram kanalımız