Elza Seyidcahandan ağır sözlər: “...Üstümə hürməzdin”

saytların hazırlanması

Evə çatdırılma

Elza Seyidcahandan ağır sözlər: “...Üstümə hürməzdin”

Şou

06 Mart 2019 01:12 1348


Əməkdar artist Elza Seyidcahanla xalq artisti Nazpəri Dostəliyeva arasındakı qalmaqal böyüyür.

“Yeni Sabah” xəbər verir ki, Elza sosial şəbəkədə ağır ifadələrlə dolu olan paylaşım edib. Ad çəkməsə də, onun bu sözləri N. Dostəliyevaya dediyi bəllidir. O, 5 ildir ən gözəl anlarını, günlərini, yayın istisində, qışın soyuğunda istirahətlərini "Azərbaycanın səsi " yarışmasına qurban verddiyini qeyd edib: “Halal xoşları. Özümə hər zaman borc bilirəm. Gözəl tələbələrimi, istedadlı ifaçıları yetişdirdik. Layihə rəhbəri Kenan Çelik, başda ATV kanalının rəhbərləri sağ olsunlar. Mənim bu necə ildə qalib münsif olmağımı daşıya bilməyənlər də var. Çünki həm tələbələrim qalib oldu, həm də "Turkvizyon"a mahnıları bəstələməyi mənə həvalə etdilər. Bir sözlə, "Taclı Münsif”əm. Haqsızlıqlar məni sındıra bilmədi.

Bu gün isə murdar ifaçının mənə atdığı şərəfsizcəsinə, cəfəngiyat dolu şər-böhtanları məni göyün 7-ci qatına qaldırsa da, saxta sifətinə qaytardığım düz cavablarım onu yerin 7-ci qatına salır. Mənə heç maraqlı deyil ki, kimdir, kim olub? Hec kəsin şəxsi həyatına girmərəm. Bəzən mənə məcburən həqiqətləri dedizdirirlər. Dördpendirli pizza

Meşşan kimi geyinir, özünü brend kimi təqdim edir.... Özünü brend təqdim etmək istəyirsənsə, 4 il evdə oturmuşdun, qəşəngcənə... Yumruqlarını divara döyüb, qışqırıb ağlayanda, heç olmasa bir-iki not öyrənərdin, kitab oxuyub boş başını zənginləşdirərdin. Tələbələrin, özünün oxuduğun mahnıların bəstəkarlarını, şairlərini doğru-dürüst bilib, dünya musiqilərindən bir azca xəbərdar olardın. Sonra da, özünə əmin danışardın ki, bugünkü gündə də savadsızlığın ucbatından qorxub üstümə hürməzdin. 

Mənim qoyduğum yolu görmürsənsə, demək, gözündə tor var. Qoyduğum yol sənsən. Güclə özünü gəlib otuzdurmusan yanımda. Savadımla səni yerində oturduram, yerindən durğuzuram, aparıram, gətirirəm. 

Müğənnilərdən və musiqiçilərdən mikrofonu alan, həmişə onların toylarını buran, yollarını kəsən, zəhmətlərini itirən, haqlarını yeyən sən olmusan. Mən toylara niyə getməyim?”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!