Şair Mürvət Qədimoğlu Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmasını həzm edə bilmir. O, bu hadisədən sonra AYB-ni tərk etməyə qərar verib.
Yenisabah.az xəbər verir ki, Qədimoğlu bu barədə Feysbuk hesabında paylaşım edib.
O, AYB sədri Anar Rzayevə müraciət edərək, Elza Seyidcahanın üzv olduğu Yazarlar Birliyində qalmağı özünə, Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna təhqir hesab etdiyi üçün AYB-nin üzvlüyündən azad olunmasını xahiş edib.
AYB hələ şairin müraciətinə cavab verməyib.
Əsmətxanım
Telegram kanalımız