Elza Seyidcahanın vəziyyəti pisləşdi: Təcili yardımla Bakıya gətirilir

saytların hazırlanması

Evə çatdırılma

Elza Seyidcahanın vəziyyəti pisləşdi: Təcili yardımla Bakıya gətirilir

Sağlamlıq

10 Fevral 2020 13:17 2492


Fevralın 9-da ölkədə keçirilən parlament seçkilərinə namizəd kimi 54 saylı Şabran-Siyəzən seçki dairəsindən qatılan bəstəkar-müğənni Elza Seyidcahanın vəziyyəti pisləşib.

“Yeni Sabah” xəbər verir ki, əməkdar artistin prodüseri Modern.az-a açıqlamasında müğənnin vəziyyətinin yaxşı olmadığını söyləyib:

“Elza xanımın  vəziyyəti yaxşı deyil. Qəfil halı pisləşdi. Hazırda təcili tibbi yardım maşını ilə Bakıya gəlirik. Özü telefonlara cavab verə bilmir”. Toyuqlu pizza

Bundan öncə müğənni sosial şəbəkədə paylaşdığı statusda qeyd etmişdi ki, ona və bacısına seçki vaxtı hücumlar olub və ona millət vəkili olmaq lazım deyil:

“Mən onsuz da Allah tərəfindən bir sənətkar kimi seçilmişəm. Amma görün onlar nə ediblər. Bunlardan nə qədər atıblar. Burada nələr baş verir siz bilmirsiniz. Kaş heç mən bu yolu gəlməzdim. Amma yaxşı ki, gəldim. Çünki camaata bizim kimi sənətkarlar çox lazımdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!