Əmək qanunvericiliyi ilə bağlı seminar keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Əmək qanunvericiliyi ilə bağlı seminar keçirilib

Sosial

30 Yanvar 2019 15:12 825


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran şəhərində və Bakının Nizami rayonunda əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə  seminarlar keçirib. 

“Yeni Sabah” xəbər verir ki, tədbir “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqında tutulmalar” mövzusunda keçirilib. Əmək haqqının illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməli olduğu qeyd edilib. Əmək haqqının verilməsinin müddətləri, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarla bağlı qanunvericiliyin tələbləri, işçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi üzrə qaydalar, əmək haqqından tutulmalara yol verilən hallar və s. barədə məlumatlar verilib. 

Bakının Nizami rayonunda keçirilən seminar isə “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” mövzusuna aid olub.  Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!