“Oğlum həkim və cərrahdır. O, Bakıda işləyirdi. 10 gün əvvəl ön cəbəhəyə yollandı. Dedi ki, orada bizim igid qəhərmanlarımız döyüşür, onlara kömək lazımdır”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nuriyyə Hüseynova ATV telekanalında yayımlanan “Gündən-günə” proqramında qonaq olarkən deyib.
Xanəndə hazırda kürəkəni və iki bacısı oğlunun da cəbhədə olduğunu açıqlayıb: pizza
“Biz onlar üçün narahatıq. Lakin eyni zamanda torpaqlarımız işğaldan azad olunduğu üçün sevinirik. Sadəcə onu demək istəyirəm ki, mənim və xalqımızın qəhrəman oğulları tək analarının deyil, onlar bu vətənin də övladlarıdır. Onların borcudur ki, vətənin dar günündə yanında olsunlar. Mən onları Allaha əmanət edirəm”.
Telegram kanalımız