Əməkdar artist depressiyaya düşdü - "Əməliyyat olunmalıyam, amma..."

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist depressiyaya düşdü - "Əməliyyat olunmalıyam, amma..."

Mədəniyyət

22 Fevral 2020 11:00 1107


Əməkdar artist, tanınmış aktyor Vahid Əliyevin səhhətində problemlər yaranıb. Yenisabah.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən 68 yaşlı aktyor depressiyadan əziyyət çəkdiyini də bildirib: "Depressiyadayam, ağır durumdayam. Xeyli vaxtdır ki, özümə qapanmışam, sənətdən də, özümdən də küsmüşəm. Böyrəklərimdə, öd kisəmdə ciddi problemlər var, həkimə də getmirəm. Əməliyyat olunmalıyam. Müayinə olunmaq belə istəmirəm. Məni bu həddə çatdıran səbəblər var. Vaxtilə yanımda epizodik rollar oynayan adamlar bu gün xalq artistidir. Elə insanlar var, sənətdən anlayışı yoxdur, amma hamıdan hörmətli-izzətlidir, öndə gedir. Belələrini görəndə çox pis oluram. Həyatdan küsmüşəm. Fikirləşirəm ki, 47 il sənətdə külüng çalmışam, amma nə faydası? Laqeydliyi görəndə çox peşmançılıq hissi keçirirəm. Baxırsan ki, Türkiyədə, Rusiyada, digər xarici ölkələrdə aktyorlar üçün xüsusi rollar yazılır. Amma bizdə yaşlı aktyorlar üçün oynamağa rol da yoxdur. Heç seriallara da çəkilmirəm. Tək-tük halda film çəkilir".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!