Əməkdar artist qızının ad gününü bu sözlərlə təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist qızının ad gününü bu sözlərlə təbrik etdi

Şou

27 İyun 2026 14:00 190


Tanınmış aktyor  Elnur Kərimov qızı Aylinin 15 yaşının tamam olması münasibətilə sosial şəbəkə hesabında təsirli paylaşım edib.

 “Yeni Sabah” xəbər verir ki,övladını yubileyi münasibətilə təbrik edən sənətçi duyğularını bu sözlərlə ifadə edib:

"15 ildir həyatımıza rəng qatırsan. Hər saniyə bizi qürurlandırır, sevindirirsən. Sevgin bizi yaşadır. Artıq 15 ildir ki, sənin sayəndə “Ata” və “Ana” adını eşidir, bununla fəxr edirik. 15 illik yubileyin mübarək, qızım! Aylin, ad günün mübarək! Həyat eşqimiz, günün mübarək." Dördpendirli pizza

Qeyd edək ki, sənətçinin bu paylaşımı izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb və çoxsaylı təbrik şərhləri alıb.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!