Əməkdar artist vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist vəfat etdi - Foto

Mədəniyyət

22 Aprel 2020 22:21 3962


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Əməkdar artist Mansur Mansurov vəfat edib.

Yenisabah.az xəbər verir ki, M.Mansurov bu gün uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mansur Əbdül oğlu Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub.  Dördpendirli pizza

1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb. Uzun müddət teatrın səhnə ustası olub.

2012-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. /Report.az

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!