“Atamın vəziyyəti yaxşı deyil. Xəstəxanada infeksiyaya yoluxub. Hazırda onunla mübarizə aparırıq”.
Bunu “Yeni Sabah”a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.
O bildirib ki, atasının sepsis (orqanizmin infeksiyaya reaksiyası nəticəsində yaranan həyati təhlükəli vəziyyət) olma təhlükəsi var: Marqarita pizza
“Əsas xəstəlik kənarda qalıb, diqqət infeksiyanın təmizlənilməsinə yönəlib. Hazırda qanı yuyulur. Ciyərlərinə maye yığılıb. Sepsis olma qorxusu var. Buna qarşı müalicəsi davam etdirilir”.
Qeyd edək ki, Yadigar Muradov Mərkəzi Klinik Xəstəxanada müalicə olunur.
Aydan Hacı
Telegram kanalımız