Əməkdar artistin oğlu ABŞ-da yaşamaqdan imtina edib cəbhəyə getdi

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artistin oğlu ABŞ-da yaşamaqdan imtina edib cəbhəyə getdi

Mədəniyyət

05 Noyabr 2020 12:38 1185


Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu cəbhəyə yola düşüb.

Yenisabah.az bildirir ki, bu barədə aktyor özü kulis.az -a məlumat verib:

“Bu gün ortancıl oğlum Üzeyiri cəbhəyə yola salıram. Üzeyir ali təhsilli həkimdir. Cəbhəyə hərbi həkim kimi gedir. Çox qürur hissi keçirirəm. Üç oğlum var, üçü də vətənpərvərdir. Üzeyirin Amerikada yaşamaq icazəsi var. “Qrin kart” udmuşdu. Amma buna baxmayaraq, o könüllü olaraq orduya yazıldı. 32 yaşı var oğlumun. Mən də o yaşda olanda birinci Qarabağ müharibəsində iştirak etmişəm”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!