Əməkdar artistin oğlu Avropada evləndi

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artistin oğlu Avropada evləndi

Şou

20 Fevral 2019 03:12 2293


Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun oğlu - pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Avstriyada əcnəbi vokalçı Karen Onidia Danqe ilə evlənib.

Musiqiçi toy şəklini özünün Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Cütlüyün toyu fevralın 14-də - Sevgililər Günündə olub.

Karen Onidia Danqe Vyana konservatoriyasının solistidir. Abuzər Manafzadə isə Vyana Musiqi və İfaçılıq Sənəti Universitetində təhsil alır. Onlar birlikdə bir çox beynəlxalq festival və müsabiqələrdə iştirak ediblər. Dominos pizza

Abuzər Manafzadənin atası İslam Manafzadə uzun illərdir Türkiyədə işləyir. O, Yedditəpə Universitetinin dosenti, Gənc Virtouzların Kamera Orkestrinin bədii rəhbəri, solisti və dirijorudur.

Abuzərin bacısı Turan Manafzadə də qardaşı kimi pianoçu və dirijordur. O, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatıdır.

Sputnik.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!